6 oktyabr 2011 19:02
Neftçi İnterlə oyunun hazırlıqlarına başladı
"Neftçi"nin futbolçuları istirahəti başa vurublar. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün "İnter"lə oyunun hazırlığına start veriblər.
Müxtəlif yığmaların düşərgəsində olan futbolçular, eləcə də zədəlilər - Flavinyo və Rodriqinyodan başqa digərləri klubun bazasında baş tutan məşq prosesində iştirak ediblər.
Yeri gəlmişkən, Flavinyonun müalicəsi Bakıda, Rodriqinyonun müayinəsi isə vətəni Braziliyada davam etdirilir. Fiziki hazırlığa həsr olunan məşqdə oyunçular baş məşqçi Böyükağa Hacıyevin tapşırıqlarını yerinə yetiriblər.
Qeyd edək ki, "Neftçi"nin növbəti hazırlıq prosesi sabah baş tutacaq.
