7 oktyabr 2011 00:01

Azərbaycan üçün tarix üstünə tarix yazmaq şansı

Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Avstriyanı qəbul edəcək.

Qeyd edək ki, Avstriya yığması AÇ-2012-nin seçmə mərhələsində o qədər də uğurlu çıxış etmir. Rəqibimiz də elə yığmamız kimi sadəcə 2 oyunda 3 xala sevinə bilib. Yeganə fərq avstriyalıların hesabında bir heç-heçə və məhz bunun nəticəsində 1 xal artıq olmasıdı. Rəqibimiz keçirdiyi 8 oyundan 4-də də meydandan məğlubiyyətlə ayrılıb. Bu komanda rəqib qapılarından 12 top keçirdiyi halda, özü 17 dəfə buna məyus olub.
 
Yeri gəlmişkən, Avstriya seçməsinin qazandığı iki qələbədən biri elə Azərbaycan üzərində rəsmiləşib. Belə ki, ötən il oktyabrın 8-də Vyanada baş tutan Avstriya - Azərbaycan görüşü 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanmışdı. Hansı ki, həmin görüşdə yığmamız çox pis oyun sərgiləməklə azarkeşlərimizi üzüntüyə qərq etmişdi.
 
Bütövlükdə isə, bu, sözügedən yığmalar arasında 4-cü qarşılaşma olacaq. Məsələ burasındadı ki, Azərbaycan və Avstriya yığmaları indiyə kimi daha bir seçmə mərhələ oyunlarında üz-üzə gəlib. Tərəflər arasında ilk qarşıdurma 2004-cü ilə təsadüf edib. Həmin ilin sentyabr ayında yenə Vyanda keçirilən DÇ-nin seçmə mərhələ oyununda meydan sahibləri 2 cavabsız qolla qələbə qazanmışdılar. Növbəti ilə təsadüf edən cavab oyununda isə heç-heçə qeydə alınmışdı. Belə ki, avqustun 7-də Bakıda baş tutan Azərbaycan – Avstriya görüşü 0:0 hesabıyla başa çatmışdı.
 
Beləliklə, geridə qalan 3 görüşdən yalnız 1-də heç-heçəyə nail olduğumuz halda, 2-də də məğlubiyyətlə üzləşmişik. Qapımızdan 5 dəfə top çıxarmalı olduğumuz halda, bir dəfə də qol vura bilməmişik. Halbuki, Avstriya qitədə elə də güclü yığmalardan hesab olunmur. Hər halda FİFA-nın son reytinq siyahısında da bu ölkə 77-ci pillədə gedir. Bu, millimizin yer aldığı 97-ci pillə ilə müqayisədə elə də ciddi fərq deyil. Baxmayaraq ki, reallıqda avstriyalılardan hələ çox geri qalırıq.
 
Amma istənilən halda biz bu oyunda qələbə qazanmağa borcluyuq. Əvvəla, Asvtriya artıq tsiklin əvvəlindəki qədər iddialı deyil. Ən azı ona görə ki, onlar AÇ-yə vəsiqə qazanmaq şanslarını tam itiriblər. Digər tərəfdən yığmamızla oyun ərəfəsində bu komandanın baş məşqçisi Didi Konstanini istefa verdiyindən, hazırda Avstriyaya müvəqqəti olaraq Villi Ruttenştayner rəhbərlik edir. Avstriyalıların düşərgəsində xeyli itki olduğundan, heyətə də əsasən gənclər cəlb olunublar. Bu üzdən onlar da yalnız yığmamız kimi mümkün qədər çox xal toplamaq üçün meydana çıxacaqlar. Aydın məsələdi ki, qələbə qazanan tərəf 4-cü pilləyə sahib çıxacağından, qonaq komanda da buna nail olmağa çalışacaq. Baxmayaraq ki, millimizdən fərqli olaraq avstriyalılara bu mənada hətta heç-heçə də sərf edir.
 
Yığmamız isə 4-cü pilləyə sahib çıxmaq yolunda mütləq qələbə qazanmalıdı. Bir xal da müəyyən uğur sayıla bilər. Amma nəzərə almalıyıq ki, bu, bizi 4-cü pilləyə çıxarmayacaq. Hər halda
Belçika kimi güclü komandadan xal alan, Türkiyə kimi iddialı rəqibini məğlub yola salan millimizin bu rəqibinə də öz gücünü göstərməsi tam mümkündü. Hansı ki, futbolçularımız özləri də ancaq qələbəyə kökləndiklərini gizlətmirlər.
 
Yeri gəlmişkən, mümkün qələbə almaniyalı mütəxəssisin və onun komandasının Azərbaycan futbolunda daha bir yeni tarix yazmasına gətirib çıxaracaq. Düzdü, Foqtslu yığmamız artıq tarixində görünməyən nəticəyə imza atıb və 7 xal qazanıb. Lakin avstriyalılarla oyunda qazanılacaq qələbə daha bir rekorda imza atmağımıza - ilk dəfə seçmə mərhələni ən azı 10 xalla bitirməyimizə şərait yaradacaq. Nəzərə alsaq ki, millimizi qarşıda hələ Türkiyə ilə səfər qarşılaşması da gözləyir, o zaman bu göstəricini bir qədər də yaxşılaşdırmaq mümkündü. Belə olan halda yığmamız həm də ilk dəfə qrupda dördüncü yeri tuta – sonuncudan əvvəlki olmaya bilər.

Avstriya ilə görüşdə qazanılacaq qələbə komandamızın həm də oktyabrın 11-də İstanbulda keçiriləcək Türkiyə ilə oyuna yaxşı əhval-ruhiyyədə çıxması baxımından böyük önəm kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, bu seçmə mərhələdə komandamız ev oyunlarından yalnız Almaniya ilə qarşılaşmanı məğlub başa vurub. Türkiyə, Belçika və Qazaxıstan isə Bakıda 3 xala həsrət qalıb. Uğurlu seriyanı bu dəfə də davam etdirməyimiz pis olmazdı.
 
Bundan əlavə, futbolçular uğurlu çıxış etməkə Foqtsun yığmadakı gələcək taleyini də müəyyənləşdirmiş olacaqlar. Axı hazırda hər kəsi daha çox düşündürən məsələ bu ilin sonunda müqaviləsinin müddəti başa çatacaq baş məşqçinin postunda qalıb-qalmayacağıdı. Təbii ki, qarşıdakı iki oyunda məğlub olsaq, almaniyalının postunda qalması çətinləşə bilər. Çünki bu, Foqtsun Azərbaycandakı ikinci tisklidi və növbəti seçmə mərhələ üçün daha böyük uğura ümid yaratması naminə ən azı 2, 3 və ya 4 xal qazanmağa borcludu.
 
Qeyd edək ki, millimiz bu gün 2011-ci ildə 8-ci matçına çıxacaq. Bunlardan beşi seçmə mərhələ oyunları olub ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3 hesabıyla uduzub, Belçika ilə oyunda isə heç-heçəyə (1:1) nail olub. Qazaxıstanla Bakıdakı oyunda da qələbə qazanmışıq – 3:2. Macarıstan və Makedoniya ilə yoldaşlıq görüşlərində isə müvafiq olaraq 0:2 və 0:1 hesablı yenilgiyə üzülmüşük. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 179-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 29-da qələbə qazanmışıqsa, 44-də də heç-heçə ilə təsəlli tapmışıq.105 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 120 qol vurduğumuz halda, öz qapımızdan 323 top çıxarmışıq. Göründüyü kimi, millimiz avstriyalıları məğlub yola salacağı halda yubiley – 30-cu qələbəsinə sevinəcək.

AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
7 oktyabr
 
21:00. Azərbaycan – Avstriya
Hakimlər: Stefan Studer, Manuel Navarro, Sandro Pozzi, Alan Byeri (hamısı İsveçrə).
Hakim-inspektor: Luçano Luci (İtaliya).
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).
 
 
1
Almaniya
8
8
0
0
28
-
5
24
2
Türkiyə
8
4
2
2
11
-
8
14
3
Belçika
8
3
3
2
16
-
11
12
4
Avstriya
8
2
2
4
12
-
16
7
5
Azərbaycan
8
2
1
5
9
-
21
7
6
Qazaxıstan
8
1
0
7
5
-
20
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.