7 oktyabr 2011 22:49

Yenə darmadağın (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Avstriyanı qəbul edib.

Qeyd edək ki, Avstriya yığması ilə oyun millimizin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki son ev qarşılaşmasıydı. Düzdü, yığmamızı seçmə mərhələdə daha bir oyun gözləsə də, Türkiyə ilə görüş səfərdə - İstanbulda baş tutacaq. Xatırladaq ki, ötən il oktyabrın 8-də Vyanada baş tutan Avstriya - Azərbaycan görüşü 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanmışdı. Bütövlükdə isə, bu, sözügedən yığmalar arasında 4-cü qarşılaşmaydı. Tərəflər arasında ilk qarşıdurma 2004-cü ildə olub və həmin ilin sentyabr ayında Vyanda keçirilən DÇ-nin seçmə mərhələ oyununda meydan sahibləri 2 cavabsız qolla qələbə qazanıblar. 2005-ci ilin avqustun 7-də Bakıda baş tutan Azərbaycan – Avstriya görüşü isə 0:0 hesabıyla başa çatmışdı.
 
Nə qədər üzücü olsa da, millimiz bu dəfə də avstriyalılara məğlub oldu. Özü də darmadağınla.
 
AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
7 oktyabr
 
AZƏRBAYCAN – AVSTRİYA - 1:4 (0:1)
Qol: A.İvanşiç, 34 (0:1), M.Yanko, 51 (0:2), M.Yanko, 62 (0:3), V.Nadirov, 74 (1:3), M.Yunuzoviç, 90+1.
Hakimlər: Stefan Studer, Manuel Navarro, Sandro Pozzi, Alan Byeri (hamısı İsveçrə).
Hakim-inspektor: Luçano Luci (İtaliya).
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).
 
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Saşa Yunisoğlu, 14. Rəşad Sadıqov (k), 20. Ufuk Budaq, 5. Elnur Allahverdiyev, 13. Vurğun Hüseynov, 15. Ruslan Abışov, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 22. Əfran İsmayılov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 21. Vladimir Levin.
Baş məşqçi: Berti Foqts.
AVSTRİYA: 1. Paskal Qrünvald, 5. Kristian Fuxs, 13. Ekrem Dağ, 15. Sebastyan Prödl, 2. Aleksandr Draqoviç, 6. Andreas İvanşiç, 14. Yulian Baumqartlinger, 8. David Alaba, 21. Mark Yanko (k), 16. Paul Şarner, 7. Marko Arnautoviç.
Ehtiyat oyunçular: 23. Robert Almer, 4. Manuel Ortlexner, 9. Filip Hosiner, 10. Marko Yunuzoviç, 17. Florian Kleyn, 18. Daniel Royer, 19. Veli Kavlak.
Baş məşqçi: Villi Ruttenştayner.
 
Oyun başladı. Milli komandamıza uğurlar arzulayırıq!
5. Matçın ilk dəqiqələri daha çox meydanın mərkəzində keçir. Avstriyalıların müəyyən ərazi üstünlüyü hiss olunur
7. Yankonun uzaqdan zərbəsi qapının üstündən keçir
10. Elnurun sağ cinahdan asmasına Vaqif çata bilmir
12. Arnautoviç də uzaqdan vurduğu qeyri-dəqiq zərbə ilə yadda qalır
19. Oyunda ilk real qol vəziyyətini qonaqlar yaradır: künc nöqtəsindən göndərilən topa Yankonun ilk baş zərbəsi qapı tirindən qayıdır, təkrar zərbəni isə R.Sadıqov boş qapıdan çıxarır
23. Baumqartlinger kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
26. Baumqarlinger Sadiqova qarşı kobud oynayır və cərimə zərbəsi... Lakin Vaqifin birbaşa zərbəsi canlı səddən qayıdır
27. Saşa Yunisoğlu Kamranla üz-üzə qalan rəqib oyunçunu cərimə meydançası həndəvərində yıxdığı üçün qırmızı vərəqə alır
29. Arnautoviçin zərbəsi canlı səddən qayıdır
34. Yanko ilə üz-üzə qalan Kamran onun zərbə vurmasına imkan verməsə də, Alaba topu daha uyğun mövqedə olan İvanşiçə ötürür və o, boş qapını nişan almaqda çətinlik çəkmir - 0:1
42. Sol cinahdan qapı qarşısına əla asma edilsə də, yaxşı mövqedə olan Əfran qapıya dəqiq baş zərbəsi endirə bilmir
45. Ufuk sol cinahla əla reyd edib qapı qarşısına daha bir təhlükəli ötürmə etsə də, Əfran yenə yaxın məsafədən tora düşə bilmir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Rəşad Sadiqovun əvəzində meydana Rahid Əmirquliyev çıxır
51. Vaqifin itirdiyi topu qonaq futbolçular daha ideal mövqedə olan Yankoya ötürürlər ki, o da qapını dəqiq nişan almaqda çətinlik çəkmir - 0:2
57. Demək olar ki, top itirməkdən başqa heç nə ilə yadda qalmayan Cavadovun əvəzində meydana Vüqar Nadirov çıxır
62. Vurğun Hüseynovu sürəti hesabına geridə qoyan Yanko özünün ikinci, komandasının üçüncü qolunu vurur - 0:3
67. Arnautoviçin əvəzində meydana Yunuzoviç çıxır
70. Oyun tamamilə avstriyalıların nəzarəti altında keçir
73. İvanşiçi Daniel Royer əvəzləyir
74. Vüqar Nadirov əks-hücum zamanı qapını uzaqdan dəqiq zərbə ilə nişan alır - 1:3
77. Alabanın uzaqdan zərbəsi qapı çatından dönür
78. Rauf Əliyev sarı vərəqə alır
81. Yunuzoviçin zərbəsini son anda Kamran kornerə çıxarır
86. Alaba hakimin fitindən sonra qapıya zərbə endirdiyinə görə sarı vərəqə alır
88. Yanko yerini Hosinerə verir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Yunuzoviç matçda son nöqtəni qoyur - 1:4
Matç başa çatdı
 
 
 
1
Almaniya
8
8
0
0
28
-
5
24
2
Türkiyə
8
4
2
2
11
-
8
14
3
Belçika
8
3
3
2
16
-
11
12
4
Avstriya
9
3
2
4
16
-
17
10
5
Azərbaycan
9
2
1
6
10
-
25
7
6
Qazaxıstan
8
1
0
7
5
-
20
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.