6 oktyabr 2011 11:23
Rednik üçün daha iki yubiley
Azərbaycan Premyer Liqasının 8-ci turunun “İnter”lə oyunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik üçün daha 2 yubileylə əlamətdar olub. Azerisport.az xəbər verir ki, bunlardan biri rumıniyalı üçün xoş, digəri isə uğursuz yubileydi.
Ötən ilin yayında klubun “sükanı arxasına” keçən rumıniyalı mütəxəssis bu müddətdə komandanı 40-cı dəfə Premyer Liqa oyununa çıxarıb. Bu matçlarda 22 qələbə qazanıb, 13 heç-heçə edən komanda 51 top vurub 23-nü buraxıb.
“İnter”lə görüşdəki 0:1 hesablı yenilgi isə Premyer Liqada Redniklə alınan 5-ci məğlubiyyət olub. Bunlardan 1-i evdə, 4-ü səfərdə qeydə alınıb.
Mirça Redniklə Premyer Liqadakı məğlubiyyətlər
Mövsüm Tarix Tur Rəqib Yer Hesab
2010/11 17.10.2010 9 GƏNCƏ (Gəncə) s 1:4
2010/11 06.11.2010 12 QƏBƏLƏ (Qəbələ) s 0:1
2010/11 23.12.2010 19 QARABAĞ (Ağdam) e 1:2
2010/11 13.03.2011 23 AZAL (Bakı) s 0:1
2011/12 30.09.2011 8 İNTER (Bak s 0:1
Qeyd edək ki, Rednik ötən turda da 2 yubiley qeyd etmişdi. "Xəzər Lənkəran" rumıniyalının rəhbərliyi altında ümumilikdə 25-ci dəfə meydandan qalib ayrılmış, Premyer Liqada 50-ci qolu vurmuşdu.
