7 oktyabr 2011 00:00

Runinin atası danışılmış oyunlarla bağlı həbs olundu

“Manchester United” klubunun və İngiltərə millisinin hücumçusu Ueyn Runinin atası danışılmış oyunlarla bağlı istintaq çərçivəsində həbs edilib. Azerisport.az xəbər verir ki, oğlu ilə eyni adı daşıyan 48 yaşlı Runi və 54 yaşlı qardaşı Riçi 2010-cu il dekabrın 14-də Şotlandiya çempionatında keçirilən şübhəli “Motherwell” – “Hearts” qarşılaşması ilə əlaqədar aparılan cinayət işi üzrə saxlanılıblar. İş üzrə ümumilikdə 9 nəfər həbs olunub.
 
Xatırladaq ki, “Motherwell” – “Hearts” matçı 1:2 hesabı ilə qonaqların xeyrinə nəticələnib. “Hearts”ın qollarından biri penaltidən vurulub. “Motherwell”in oyunçusu Stiv Yenninqs 82-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Oyun keçirilən gün Liverpulda bir nəfər “Motherwell”in bir oyunçusunun qırmızı vərəqə alacağı ilə bağlı ayrı-ayrılıqda hər biri 100 sterlinq olmaqla iki “stavka” qoyub. Eyni şəxs bir qədər sonra daha iri “stavka”lar qoymaq istəyib, lakin mərc şirkətinin onlayn təhlükəsizlik sistemi bu şübhəli “stavka”ları qəbul etməyib. Mərc şirkəti polisə müraciət etdikdən sonra polis təhqiqata başlayıb.
 
Qeyd edək ki, matçda qırmızı vərəqə alan S. Cenninqs də həbs olunanlar arasındadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.