7 oktyabr 2011 00:02
Türkiyə millimizlə oyun öncəsi daha bir itki ilə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqibi olan Türkiyə millisi Almaniya və Azərbaycanla oyunlar öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular” Selçuk Şahinin xidmətindən məhrum olublar.
Bu futbolçunun da sıradan çıxmasına zədə səbəb olub. Artıq məşqçilər korpusu onun adını yığmaya dəvət olunanların siyahısından çıxarıblar.
Qeyd edək ki, Selçuk öncə oktyabrın 5-də keçirilən axşam məşqində baldırında ağrı hiss etdiyi üçün hazırlığı tamamlaya bilməmişdi. Ötən gün aparılan ətraflı müayinə nəticəsində onun qarşıdakı oyunlarda iştirakının mümkünsüzlüyü bəlli olub.
