7 oktyabr 2011 00:03
“Azərbaycan yığması yaxın gələcəkdə qələbə qazanacaq”
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilən Azərbaycan – Norveç oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini səsləndiriblər. Azerisport.az xəbər verir ki, Norveç U-21 yığmasının baş məşqçisi Per-Yoar Hansen 2:0 hesablı qələbə qazandıqları görüşü belə şərh edib:
“Çətin oyun oldu. Azərbaycan yığması texnikalı futbol nümayiş etdirdi. Oyunçular bir-birini çox gözəl anlayırdı. Bu, ötürmələrin dəqiqliyindən hiss olunurdu. İnanıram ki, Azərbaycan yığması yaxın gələcəkdə qələbə qazanacaq”.