7 oktyabr 2011 00:10
Bernard Lippert: Layiqli mübarizə apardıq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirilən Azərbaycan – Norveç oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini səsləndiriblər. Azerisport.az xəbər verir ki, Azərbaycan U-21 yığmasının baş məşqçisi Bernard Lippert 0:2 hesablı məğlubiyyətlə üzləşdiyimiz görüşü belə şərh edib:
“Bərabər səviyyəli oyun oldu. Komandaların heç birinin aşkar üstünlüyü yox idi. Şübhəsiz, hesab bizi qane etmədi. Əsas heyətin 3 üzvünün zədə ucbatından oynamamasına baxmayaraq, layiqli mübarizə apardıq”.
