6 oktyabr 2011 12:27
Berti Foqts mətbuat konfransına gələcək
Bu gün - oktyabrın 6-da “Sheraton” Hava Limanı otelində Azərbaycan millisinin Avstriya yığması ilə oyunqabağı mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, mətbuat konfransında baş məşqçi Berti Foqtsun da iştirakı gözlənilir.
Qeyd edək ki, o, Belçika və Qazaxıstanla oyunlar zamanı nə oyunlardan öncəki, nə də sonrakı mətbuat konfranslarına qatılmışdı. Foqtsla yanaşı bu gün jurnalistlər önünə Vurğun Hüseynov, Elnur Allahverdiyev və Rauf Əliyev çıxacaq.
