6 oktyabr 2011 12:51
UEFA-nı da cəzalandıran tapıldı
İsveçrənin "Sion" klubunu Avropa Liqasından xaric edən UEFA-ya bu ölkənin "Waadt" məhkəməsindən cəza gəlib. Azerisport.az xəbər verir ki, İsveçrə məhkəməsi "Sion"un Şotlandiya "Celtic"inin əvəzinə Avroliqada çıxış edəcəyini və keçirməli olduğu 6 matçın hamısını oynayacağı haqda hökm çıxarıb.
Üstəlik UEFA-nın məhkəmə xərcləri olan 17 min 448 avro ilə yanaşı "Sion" klubuna 26 min avro ödənilməsinə də qərar verib. Lakin UEFA bu cəza ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, "Sion" klubu Essam Əl-Hadarinin transferində qanun pozuntusuna yol verdiyi üçün Avroliqadan kənarlaşdırılmışdı.
