7 oktyabr 2011 13:25
UEFA-dan Barcelonaya sərt cəza
UEFA İspaniyanın “Barcelona” klubuna sərt cəza kəsib. Azerisport.az xəbər verir ki, buna kataloniyalıların “Porto” ilə Superkubok oyununun ikinci hissəsində meydana gec çıxması səbəb olub.
Bundan başqa, “Barcelona” həmin oyunda azarkeşlərinin çılğınlıqlarına görə də, cəza görüb. İspan fanatlar onlar üçün ayrılmış sektorda 10 ədəd məşəl yandırıblar.
UEFA nümayəndələrinin gözündən yayınmayan bu hadisə və komandanın meydançaya gec çıxması “Barcelona”ya 110 min avroya başa gəlib. Kataloniya klubunun UEFA-nın bu qərarına etiraz etməsi üçün 3 gün vaxtı var.
