7 oktyabr 2011 13:46
Vaqif Cavadov: Dalğa Arenadakı ilk oyunumuzda qələbə qazanmaq istəyirik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov AÇ-2012-nin bu gün keçiriləcək Avstriya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çox çətin oyun olacaq. Avstriya zəif komanda deyil. Amma biz “Dalğa Arena”da keçirəcəyimiz ilk oyunda qələbə qazanmaq istəyirik. Bizim uşaqlar da süni örtüyə çox alışmayıblar. Rəqib yəqin ki, aqressiv oyun sərgiləyəcək. Hər halda Avstriyanın istənilən oyun təklifinə hazır olmalıyıq. Əsas odu ki, azarkeşlər bizi yalnız qoymasınlar”.