7 oktyabr 2011 14:08
FİFA nümayəndələri Bakıda sərgidə olub (FOTOREPORTAJ)
Oktyabrın 6-dan etibarən Bakı Ekspo Mərkəzində “Karyera və təhsil” sərgisi keçirilir. Azerisport.az xəbər verir ki, sərgidə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin də stendi nümayiş etdirilir. AFFA-nın baş katibi Elxan Məmmədov və ölkəmizdə səfərdə olan FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller sərgidə olublar.
