7 oktyabr 2011 14:21
Beşiktaşın futbolçusu Bakıda qələbə qazanmaq istəyir
Futbol üzrə Avstriya yığmasının yarımmüdafiəçisi Veli Kavlak AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubunda forma geyən futbolçu Bakıdan qələbə ilə qayıtmaq arzusunda olduğunu gizlətməyib:
“Bizim əsas hədəfimiz Azərbaycan üzərində qələbə qazanmaq və qrupda dördüncü yerdə möhkəmlənməkdi. Onsuz da bu tsikl bizim üçün uğursuz alınıb. Uduzsaq, ümumiyyətlə beşinci pilləyə düşmək qorxusu var. Bu üzdən də Bakıdan mütləq qələbə ilə qayıtmalıyıq”.