7 oktyabr 2011 14:40
Avstriyanın da start heyəti müəyyənləşdi
Futbol üzrə Avstriya yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycanla oyun üçün start heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi funksiyasını yerinə yetirən Villi Ruttenştayger komandamızla oyuna aşağıdakı start heyətini buraxmağı planlaşdırır:
Paskal Qrünvald, Kristian Fuxs, Ekrem Dağ, Sebastyan Prödl, Aleksandr Draqoviç, Andreas İvanşiç, Yulian Baumqartlinger, David Alaba, Mark Yanko, Paul Şarner, Marko Arnautoviç.
Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu bu gecə “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.
