7 oktyabr 2011 14:55
Azərbaycan kuboku uğrunda 22 komanda mübarizə aparacaq
Futbol üzrə Azərbaycan kubokunun 2011/2012-ci il mövsümündə 22 komanda mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, ənənəvi qayda üzrə keçiriləcək yarışda Premyer Liqadan 12, birinci diviziondan isə 10 komanda iştirak edəcək.
Azərbaycan kubokunda iştirak edəcək komandalar aşağıdakılardır:
"Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Rəvan", "Simurq", "Sumqayıt Şəhər", "Muğan", "Bakılı", "Qaradağ Lökbatan", "Şahdağ", "Karvan", "Neftçala", "Göyəzən", "Şuşa", "Tərəqqi", "Lokomotiv".
Qeyd edək ki, püşkatmaya əsasən müəyyən ediləcək cütlüklər Azərbaycan kubokunun 1/4 final mərhələsinədək öz aralarında yalnız bir görüş keçirəcək.
