7 oktyabr 2011 15:19

Ekrem Dağ: Bakıya qələbə qazanmaq üçün gəlmişik

Türkiyənin “Beşiktaş” klubunun və Avstriya yığmasının müdafiəçisi Ekrem Dağ bu gün keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycan – Avstriya oyunundan nə gözləyirsiz?
- Azərbaycana qələbə qazanmaq üçün gəlmişik. Ümumiyyətlə, son iki oyunumuzu qələbə ilə başa vurmaq istəyirik. Yalnız bu halda tsikli major notlarla bitirmək mümkündü. Daha sonra növbəti tsiklə hazırlaşmaq olar. Komanda özünü yaxşı hiss edir. Tezliklə komandamıza yeni baş məşqçi rəhbərlik etməyə başlayacaq. Odu ki, bütün futbolçular özlərini göstərməyə çalışacaqlar.
 
- Heç-heçə də sizin üçün qənaətbəxş nəticə sayılmayacaq?
- Xeyr. Biz bura heç-heçə üçün gəlməmişik. Qələbə qazanmaq istəyirik. Yenə də deyirəm, bizim hədəfimiz tsikli qələbələrlə başa vurmaqdı. Fikrimcə, Azərbaycan və Qazaxıstanı səfərdə məğlub edəcək gücdəyik.

- Azərbaycan yığması barədə nə düşünürsüz?
- Sizin yığma öz meydanında Türkiyəyə qalib gəlib. Düzdü, biz Azərbaycanı evdə böyük hesabla yenmişdik. Amma bu, o demək deyil ki, Bakıda da işimiz asan olacaq. Odu ki, rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz.

- Azərbaycanlı oyunçulardan hansını tanıyırsız?
- Xüsusi olaraq heç birini. Bütövlükdə, komandanı yaxşı tanıyıram. Hansı ki, son zamanlar xeyli artırıb. Ümid edirəm ki, gələcəkdə daha güclü olacaq.

- Azərbaycan da ancaq qələbəyə köklənib. Bu, sizi təəccübləndirmir?
- Onlar da bizim kimi dördüncü yeri tutmağa çalışırlar. Həm də aydın məsələdi ki, doğma meydandakı uğurlu oyunlar seriyasını davam etdirməyə çalışacaqlar. Axı Azərbaycan bu mövsüm öz meydanında yalnız Almaniyaya uduzub. Bu, məni təəccübləndirmir. Əksinə, hər şey normaldı.
 
- Deməli, Azərbaycana mümkün məğlubiyyət sizin üçün sürpriz olmayacaq?
- Maraqlı oyun olacaq. Sürprizləri sevmirəm. Ümid edirəm ki, heç olmayacaq da.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.