7 oktyabr 2011 16:04
Sumqayıt Şəhər Bakı ilə oyuna tam heyətlə hazırlaşa bilmir
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Bakı”nı qəbul edəcək “Sumqayıt Şəhər” hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, heyətdə yer alan zədəli futbolçulardan Aqil Məmmədov sağalıb və məşqlərə qatılır. Zədəli futbolçulardan Rəşad Kərimov və Orxan Həsənov isə fərdi məşqlərlə kifayətlənir.
“Zədəmi sağaltmışam, üç gündür komanda ilə məşq edirəm. Ümid edirəm ki, “Bakı” ilə qarşılaşmaya qədər tam hazır olacağam” - deyə Aqil Məmmədov klubun rəsmi saytına açıqlama verib.
Qeyd edək ki, komandanın 8 üzvü – Andrry Popoviç, Ruslan Tağızadə, Emin Mustafayev, Kamil Nurəhmədov, Ruslan Qurbanov, Bədavi Hüseynov, Samir Yusifov və Hacı Əhmədov milli komandaların düşərgəsindədi.
