7 oktyabr 2011 16:12
Beş klub Azərbaycan kubokundan imtina etdi
Xəbər verdiyimiz kimi, 2011-2012-ci il mövsümü Azərbaycan Kuboku uğrunda 22 komanda mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, ənənəvi qayda üzrə keçiriləcək yarışda Premyer Liqadan 12, birinci diviziondan isə 10 komanda iştirak edəcək.
Premyer Liqanın bütün iştirakçıları kubokda mübarizəyə qatılacaq. Birinci diviziondan isə 5 klub kubokda yarışmayacaq. Belə ki, Qubadlının "Həkəri", Şəmkirin "Şəmkir", İmişlinin "MKT-Araz", Mingəçevirin "Energetik" və Bakının MOİK komandaları yarışdan imtina edib.
Qeyd edək ki, püşkatmaya əsasən müəyyən ediləcək cütlüklər Azərbaycan Kubokunun 1/4 final mərhələsinədə öz aralarında yalnız bir görüş keçirəcək.
