7 oktyabr 2011 16:21
Türkiyə - Azərbaycan oyununa biletlərin qiyməti açıqlandı
Türkiyə AÇ-2012-nin seçmə mərhələsinin milli komandamızla görüşü üçün hazırlanmış biletləri satışa çıxarır. Azerisport.az xəbər verir ki, oyunu tribunadan canlı izləmək istəyən azarkeşlər sabahdan etibarən oyunun biletlərini əldə edə bilərlər.
Biletlərin qiyməti isə 17 lirədən (8,50 AZN) 54 lirəyədək (27 AZN) dəyişir.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu oktyabrın 11-də, Bakı vaxtı ilə 22:00-da, “Türk Telekom Arena”da olacaq.
