7 oktyabr 2011 16:52
Neftçinin müdafiəçisi: Ermənistanla oyun millidəki son görüşüm olacaq
Son Azərbaycan çempionu "Neftçi"nin və Makedoniya yığmasının müdafiəçisi İqor Mitreski AÇ-2012-nin seçmə mərhələsində bu gün qarşılaşacaqları Ermənistan, eləcə də Slovakiya ilə oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 32 yaşlı futbolçu bu oyunların onun millidəki son görüşləri olacağını bildirib:
"Artıq millidən getmək və gənclərə şans vermək vaxtıdı. Böyük ehtimalla, Ermənistan və Slovakiya ilə oyunlar mənim millidəki son görüşlərim olacaq. Bu barədə baş məşqçi Con Toşaka da məlumat vermişəm. Təxminən 11 il Makedoniya millisinin şərəfini qorumuşam. Bu müddət ərzində elə də böyük uğurlarımız olmayıb. Məncə, artıq bu işi gənclərə buraxmağın zamanıdı".
