7 oktyabr 2011 17:14
Yığmamız Avstriyanı udub, Türkiyəyə uduzacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, futbol üzrə Azərbaycan yığması Avstriya və Türkiyə ilə qarşıdakı oyunlarda nəyə nail olacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Sorğuda iştirak edənlərin əksəri belə qənaətdədi ki, yığmamız bu gün Avstriya üzərində qələbə qazanacaq, 4 gün sonra keçiriləcək Türkiyə ilə görüşdə isə məğlub olacaq. Hər halda respondentlərin 31 faizi (155 səs) məhz bu variantı seçib.
Avstriya ilə heç-heçə edib, Türkiyəyə uduzacağımızı düşünənlər də az deyil. Qalan variantlarla aşağıda da tanış ola bilərsiz:
Avstriyanı udacaq, Türkiyəyə uduzacaq - 31% (155)
Avstriya ilə heç-heçə edəcək, Türkiyəyə uduzacaq - 19% (97)
Avstriyanı udacaq, Türkiyə ilə heç-heçə edəcək - 15% (77)
Hər iki oyunda məğlub olacaq - 17% (87)
Hər iki oyunda qələbə qazanacaq - 12% (59)
Avstriyaya uduzacaq, Türkiyə ilə heç-heçə edəcək - 2% (9)
Avstriya ilə heç-heçə edəcək, Türkiyəni udacaq - 1% (6)
Hər oyunda heç-heçə qeydə alınacaq - 1% (4)
Avstriyaya uduzacaq, Türkiyəni udacaq - 1% (4)
