7 oktyabr 2011 18:19
Villi Ruttenştayner: Azərbaycan futbolunun inkişafı göz qabağındadı
Avstrya milli komandasının baş məşqçisi Villi Ruttenştayner bu gün səhər “Bakı” futbol klubunun təlim-məşq bazasında keçirilən məşqdən sonra Azərbaycan futbolunu və klub infrastrukturu barədə fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Azərbaycanda bir neçə dəfə olmuşam. Hər yeni səfərimdə ölkənizin və futbolunuzun sürətli inkişafın şahidi oluram. Azərbaycan futbolunun inkişafı göz qabağındadı, zaman keçdikcə səviyyə yüksəlməkdədi. “Bakı” futbol klubun təlim-məşq bazası çox gözəl təsir bağışladı. Burada uşaq futbolunun inkişafı üçün hər cür şərait yaradılıb”.
