7 oktyabr 2011 18:37
Barselona Azərbaycan çempionunun oyunlarına ev sahibliyi edə bilər
Futzal üzrə UEFA Kubokunun elit-raundunun oyunlarına ev sahibliyi edəcək klublar müəyyənləşib. Azerisport.az xəbər verir ki, İspaniyanın “Barcelona”, İtaliyanın “Marka”, Portuqaliyanın “Sporting” və Rusiyanın “Dinamo” (Moskva) klubları elit-raundda ev sahibi statusunda çıxış edəcək.
Xatırladaq ki, 16 komandanın 4 qrupda mübarizə aparacağı elit-raunda təmsilçimiz «Araz» ilk iki mərhələdə çıxış etmədən – birbaşa vəsiqə qazanıb.
Futzal üzrə UEFA Kubokunun elit-raundunun püşkatma mərasimi oktyabrın 11-də, Bakı vaxtı ilə saat 16:30-da, İsveçrənin Nyon şəhərində keçiriləcək.
