7 oktyabr 2011 18:54
Premyer Liqada bir oyunun keçirilmə vaxtı dəyişdirildi
Peşəkar Futbol Liqası Premyer Liqanın təqvimində daha bir dəyişiklik etmək məcburiyyətindı qalıb. Azerisport.az xəbər verir ki, "Sumqayıt Şəhər" rəhbərliyi PFL-ə məktub ünvanlayaraq klubun bir neçə üzvünün 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Norveç və Belçika komandaları ilə oyunda iştirakını nəzərə almağı və Premyer Liqanın 9-cu turunun görüşünü bir gün sonraya dəyişdirilməsini xahiş edib.
Yuxarıda göstərilənləri və "Bakı" klubunun razılıq məktubunu nəzərə alan PFL prezidenti Ramin Musayev Premyer Liqanın 9-cu turunun "Sumqayıt Şəhər" - "Bakı" matçının 15 oktyabr 2011-ci il tarixindən 16 oktyabr 2011-ci il tarixinə keçirilməsi haqda qərar verib.
