7 oktyabr 2011 19:02
Kristian Fuxs: Azərbaycanı məğlub etmək çətin olacaq
Avstrya milli komandasının və Almaniyanın “Schalke” klubunun müdafiəçisi Kristian Fuxs bu axşam keçiriləcək Azərbaycan - Avstrya oyunu, “Bakı” futbol klubun təlim-məşq bazası və Azərbaycan futbolu haqqında düşüncələrini bildirib. Azerisport.az xəbər verir ki, o, “Bakı TV”-yə açıqlamasında bunları dilə gətirib:
“Azərbaycanla oyuna ciddi hazırlaşmışıq. “Bakı”nın təlim-məşq bazasında məşq keçməyimiz üçün bizə hər bir şərait yaradıldı. Burada gözəl meydan və yüksək səviyyəli baza ilə qarşılaşdıq. Azərbaycan futbolu inkişak etməkdədi. Bu inkişaf hər oyundan-oyuna hiss olunur. Azərbaycan milli komandasının yüksək səviyyəli futbolçuları var. Azərbaycana qarşı oyunda qələbə qazanmaq çətin olacaq".