7 oktyabr 2011 23:17
Berti Foqts: Belə oyuna görə komandanı tənqid edə bilmərəm
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Qırmızı vərəqədən sonra artıq bizim futbolçular üçün hər şey aydın idi. Avstriyaya qarşı azlıqda oynamaq çox çətindi. Özü də rəqib bu gün çox yaxşı oynadı. Saşa kömək edə bilmədi. Əgər hesab 0:1 olanda qol vursaydıq, nəticə başqa cür ola bilərdi. Komandanı belə oyuna görə tənqid edə bilmərəm. Biz meydanda azlıqda idik”.
