7 oktyabr 2011 11:26
Samir Abasov: Onda Avstriya ilə matç bizim olacaq
Futbol üzrə yığma komandamızın sabiq üzvü, “Sumqayıt Şəhər”in futbolçusu Samir Abasov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsinin qarşıdakı Avstriya və Türkiyə ilə oyunları barədə danışıb.
- Sizcə, Avstriya ilə Vyanadakı oyundan sonra millimizdə nə dəyişib?
- O zaman Avstriya qarşısına böyük hədəflər qoymuşdu. Onlar AÇ-2012-yə vəsiqə qazanmağa çalışırdılar. Amma indi belə bir şansları qalmayıb.
- Yadınızdadırsa, həmin matçda çox kobud səhvə yol vermişdiniz...
- Bəli, məhz ondan sonra ilk qolu vurdular. Amma mən həmişə demişəm ki, biz o oyunda məğlubiyyətə layiq deyildik. Ən azından darmadağına.
- Avstriyanın əsas hədəfindən yan düşməsi işimizə yaraya bilər?
- Mən belə deməzdim. Heç kim yığmada məğlub olmaq üçün oynamır. Bu komanda Bakıya da qələbə qazanmaq üçün gəlib. Onların əksər futbolçuları Avropanın aparıcı klublarında top qovurlar. Bizim əsl üstünlüyümüz isə sadəcə evdə oynamağımızdı.

- Bəs süni qazon?
- Bu, bizə kömək edə bilər. İnanmıram ki, avstriyalılar belə qazonu sevsinlər. Buna görə də bizim həm qələbə, həm də heç-heçəyə şansımız var. Əsas odu ki, ilk 20 dəqiqədə diqqətli oynayaq. Onda bu matç bizim olacaq.

- Rauf Əliyevə əsas alternativ gözüylə kimi?
- Ümid edirəm ki, bu, Branimir Subaşiç olacaq. O, son dövrlər yaxşı forma yığıb. Həm də təcrübəsi var. Əgər ona yaxşı ötürmə versələr, nəsə edə bilər. Qol vurmaq üçün işləmək lazımdı, o da bunu bacarır.
- Avstriya ilə oyundan sonra bizi İstanbul səfəri də gözləyir. Şansları necə dəyərləndirirsiz?
- Bu, qardaş qırğını olacaq. Təsəvvür edirəm, türklər revanş üçün necə alışıb-yanırlar. Onlar Bakı məğlubiyyətini hələ də unutmayıblar. Əminəm ki, rəqib hər şeyi elə ilk yarıda həll etməyə çalışacaq.
- Azərbaycan bu iki oyunda neçə xala ümid edə bilər?
- Mən üç xal gözləyirəm. Avstriya üzərində qələbə ilə. İstanbulda bizə çətin olacaq. Əsas odu ki, azarkeşlər yığmamızı dəstəkləsin. Çünki Azərbaycan yığması qədər gözlənilməz rəqib yoxdu.
- Mən üç xal gözləyirəm. Avstriya üzərində qələbə ilə. İstanbulda bizə çətin olacaq. Əsas odu ki, azarkeşlər yığmamızı dəstəkləsin. Çünki Azərbaycan yığması qədər gözlənilməz rəqib yoxdu.