7 oktyabr 2011 11:31
Vəli Qasımov: Müsbət nəticə qazanacağımıza inanırdıq
19 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-nin ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İsveç oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov qarşılaşma ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandığımız görüşü belə dəyərləndirib:
“İlk rəqibimizin qrup oyunlarını təşkil edən ölkənin təmsilçisi olması işimizi bir qədər çətinləşdirən amil idi. Oyunun çətin keçəcəyini bilirdik. Amma müsbət nəticə qazanacağımıza inanırdıq. Seçdiyimiz taktika özünü doğrultdu və bunun nəticəsində layiqli qələbə qazandıq. Komandanın bütün üzvlərini təbrik edirəm”.
