7 oktyabr 2011 11:43
Azərbaycan kuboku üçün püşk atılacaq
Futbol üzrə Azərbaycan kubokunun 2011/2012-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbir 13 oktyabr 2011-ci il tarixində keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq və saat 15:00-da başlayacaq püşkatmaya bütün KİV nümayəndələri dəvətlidi.
