7 oktyabr 2011 23:34
Avstriyalı məşqçi: Qırmızı vərəqə işimizə yaradı
Futbol üzrə Avstriya yığma komandasının baş məşqçi funksiyasını yerinə yetirən Villi Ruttenştayner AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamız üzərindəki 4:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Son beş ildə ilk səfər qələbəmizi qazandıq. Qırmızı vərəqə işimizə yaradı. Hakimin həmin epizodda düzgün qərar qəbul etdiyini düşünürəm. İstənilən halda üstünlük bizim tərəfimizdə idi. Biz yaxşı oynadıq. Fasilə ərəfəsində qol buraxa bilərdik. O zaman işimiz xeyli çətinləşəcəkdi. Etiraf edim ki, bu gün işimiz daha çətin oldu, nəinki Avstriyadakı ilk oyunda”.
