7 oktyabr 2011 11:52
Anji və Floranın oyunçuları Azərbaycan millisində
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesinin ilk hissəsi oktyabrın 22-dən 28-dək Ukraynanın Donetsk şəhərində baş tutacaq.
Növbəti təlim-məşq prosesi isə oktyabrın 29-dan noyabrın 2-dək isə Litvanın Kaunas şəhərində keçiriləcək. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Həsənli Əli – «Qəbələ»
Musayev Vəzir – «Qəbələ»
Əhmədov Tərlan – «Qəbələ»
Əliyev Qismət – «Qəbələ»
Nəhavəndi Mansur – «İnter»
İbazadə Ülvi – «İnter»
Qasımov Ağaseyid – «İnter»
Xakimov Yusup – «Bakı»
Ağayev Akif – «Bakı»
Süleymanov Ülvi – «Bakı»
Səfərzadə İlyas – «Xəzər Lənkəran»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Qaraxanov Pərviz – «Neftçi»
Muradbəyli Fəhmin – «Neftçi»
Nəsirov Budaq – «Turan»
Məmmədli Xaqan – «Sumqayıt Şəhər»
Qurbanov Qazıməhəmməd – «Anji» (Rusiya)
Əlizadə Azad – «Flora» (Tallinn, Estoniya)
