7 oktyabr 2011 12:28
AFFA hakim-inspektorlar üçün seminar keçirir
Bu gün Mingəçevir şəhərində Həvəskarlar liqasına təyinat alan hakim-inspektorlar üçün 1 günlük seminar keçirilir. Azerisport.az xəbər verir ki, Mingəçevir və Gəncə şəhəri, həmçinin Qazax, Tovuz, Ağstafa, Oğuz, Qəbələ rayonlarını təmsil edən 25 hakim-inspektorun iştirakı ilə keçirilən seminara Hakim-İnspektorlar Komtəsinin mütəxəssisi Qürbət Həsənov rəhbərlik edir.
