7 oktyabr 2011 12:51
UEFA Türkiyə ilə oyunumuzu danimarkalı hakimlərə tapşırdı
Futbol üzrə Azərbaycan millisinin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki son oyununun hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Türkiyə - Azərbaycan matçını Peter Rasmussen idarə edəcək.
UEFA sözügedən matçı məhz Danimarkadan olan bu hakimə və onun həmyerlilərinə həvalə edib. Rasmussenin köməkçiləri Henrik Sonderbi ve Nyels Hoeq olacaq. Qarşılaşmanın dördüncü hakimi isə Lars Kristoffersendi.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu “Ali Sami Yen Spor Kompleksi Türk Telekom Arena”da oynanılacaq və saat 22:00-da başlayacaq.
