7 oktyabr 2011 13:04
Amit Quluzadə: Mən Türkiyəyə ehtiyatda oturmağa getməmişəm
Futbol üzrə gənclərdən ibarət yığmamızın, eləcə də Türkiyənin “Erciyesspor” klubunun yarımmüdafiəçisi Amit Quluzadə azerisport.az saytına müsahibəsində Norveçə məğlubiyyətdən (0:2), həmçinin qardaş ölkə çempionatındakı çıxışından danışıb.
- Hesab edirəm ki, biz rəqibə heç nə uduzmurduq. Hətta bəzi epizodlarda onlardan daha üstün idik. Amma yenə məğlubiyyətlə üzləşdik. Başqa nədən danışasan? Bizim hücumlarımızı tamamlamaqla bağlı problemimiz var. Qarşıda Belçika ilə oyun var. Baxaq görək bu oyunda nə alınacaq.
- Türkiyə ilə oyun öncəsi əvəzedici komandada olmaq da yəqin ki, üzücüdü?
- Mən onsuz da əsas komandada oynamağı çox istəyirəm. Özü də Türkiyə ilə oyunda. Dəvət gözləsəm də, olmadı. Hətta “Erciyesspor”da da gözləyirdilər ki, Türkiyəyə qarşı oynayacağam. Dəstəkləyəcəklərinə söz vermişdilər (gülür). Bu oyun mənim gələcək karyerama da çox kömək edə bilərdi. Artıq başqa Türkiyə klubları da xidmətimdə maraqlıdılar.
- “Erciyesspor”dakı işləriniz necə gedir?
- Hər şey əladı. Demək olar ki, uyğunlaşmışam. Həm də heç bu baxımdan xüsusi çətinliyim olmadı. Türkiyə bizim üçün yad ölkə deyil.
- Məşqçilər korpusu çıxışınızdan razıdı?
- Gördüyünüz kimi, hər tur meydana çıxıram. Onlar da öz razılılqlarını bildirirlər. Sadəcə, davamlı olaraq sabit oyun göstərmək lazımdı. Hər şey özümdən asılıdı.
- Komandada rəqabət güclüdü?
- Orta xəttlə bağlı çox ciddi rəqabət var. Mənim mövqeyimdə oynamağa 6-7 oyunçu var. Əgər hər oyunda yaxşı oynamasan, ehtiyata getməlisən. Mənsə ora ehtiyatda oturmaq üçün getməmişəm. Odu ki, hər məşqdə maksimuma çalışıram.

- Klubda sizə münasibət necədi?
- Yaxşı. Kayseridə artıq məni tanıyırlar. Mənə çox hörmətlə yanaşırlar.
- Yaxşı. Kayseridə artıq məni tanıyırlar. Mənə çox hörmətlə yanaşırlar.
- “Erciyesspor”da yeni mövsümə startdan razıdılar?
- Biz turnir cədvəlində 4-5-ci yerləri bölüşürük. Beş oyundan sonra hələ uduzmamışıq. Fikrimcə, o qədər də pis deyil. Turnir cədvəlində mümkün olduqca, yuxarı çıxmağa çalışırıq. Superliqaya çıxmaq ən ideal nəticə olardı.