8 oktyabr 2011 13:58

“Əsas rəqiblərimiz XL-la Neftçidi”

Ağdamın "Qarabağ" klubu "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməsə də, Albaniya yığmasının heyətində son oyununda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Ansi Aqolli artıq Bakıya qayıdıb və komandayla məşqlərə çıxıb.
 
Azərbaycana gələn ən uğurlu legionerlərdən sayılan 29 yaşlı sol cinah müdafiəçisi stabilliyi ilə yanaşı, daim hücumlara qoşulmağı ilə yadda qalır. Ansi "Turan"la baş tutan sonuncu oyunda "Qarabağ"ın 2-ci qolunu vuraraq Premyer Liqada qol hesabını açdı.
 
Albaniyalı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada ilk olaraq bunu dəyərləndirib: "Hə, hücumlara qoşulmağı sevirəm. Bilirdim ki, əvvəl-axır qol vuracaqdım (gülür). Ötən mövsüm səhv etmirəmsə 5 qol ötürməsi vermişdim. "Qarabağ"ın oyun üslubu elədi ki, daim hücuma dəstək verirəm. Topla daha çox davranırıq. İnanıram ki, bu, vuracağım sonuncu qol olmayacaq. Meydan düz olanda biz daha yaxşı oynayırıq. Getdikcə, daha yaxşı oynayacağımıza inanıram".
 
Ansi Premyer Liqada hədəfləri və rəqiblər haqda da danışıb: "Təbii ki, maksimalist olaraq çempionluq istəyirəm. Komandamızın buna qadir olduğuna əminəm. Sadəcə, hər oyuna final matçı kimi baxmalıyıq. Xüsusilə, milli oyunlardan sonrakı periodu yaxşı dəyərləndirməliyik. Çox vaxt həmin matçlardan sonra xal itiririk. Bəxt amili də vacibdir. Xal itirdiyimiz "Qəbələ", "Xəzər Lənkəran" və "Sumqayıt Şəhər"lə oyunlarda rəqibdən daha yaxşı təsir bağışlamışdıq.
 
Sadəcə, şanssızlıqla üzləşdik. Çempionluğa əsas namizədə gəlincə, "Xəzər Lənkəran" bu gün lider mövqeyində qərarlaşıbsa, demək onlar hər kəsdən öndədirlər. Amma keçən il daha gerilərdən gəlib rəqibi yaxalamışdıq. Ona görə də "Qarabağ" olaraq yenə də zirvəyə qalxa bilərik. Zənnimcə, qızıl medallar uğrunda əsas rəqiblərimiz "Xəzər Lənkəran" və "Neftçi"di. Amma digər oyunlara da eyni konsentrasiya ilə yanaşmasaq, əsas rəqibləri fikirləşməyin mənası yoxdu".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.