8 oktyabr 2011 14:03
Millimiz Türk Telekom Arenada açıq məşqə çıxacaq
Oktyabrın 9-da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00), İstanbul şəhərindəki Türk Telekom Arenada Azərbaycan milli komandası ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Azerisport.az xəbər verir kii, oktyabrın 10-da, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00), İstanbul şəhərindəki “Mövenpick Hotel & Resorts”-un “Caramelita” zalında Azərbaycan millisinin oyunqabağı mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, millimiz AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də, İstanbul şəhərindəki Türk Telekom Arenada Türkiyə yığması ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) başlayacaq.
