8 oktyabr 2011 01:54
Ufuk Budaq: Bacardığımız nə var idisə, etdik
Futbol üzrə yığma komandamızın müdafiəçisi Ufuk Budaq AÇ-2012-nin seçmə mərhələsinin Avstriya ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bacardığımız nə var idisə, etdik. Məğlub olmağımıza baxmayaraq, o qədər də pis oynamadıq. Saşa Yunisoğlunun meydandan qovulması görüşdə həlledici oldu. Qələbə qazanmaq istəyirdik. Çox təəssüf ki, üzücü yenilgiylə üzləşdik”.
