8 oktyabr 2011 02:23
Aleksandr Səmədov Rusiya millisində debüt etdi
İlk dəfə olaraq Rusiya millisinə dəvət alan əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov qonşu ölkə yığmasının komandasında debüt matçına çıxıb. Azerisport.az xəbər verir ki, Səmədov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə çətin oyuna çıxan Rusiya millisinin 1:0 hesabı ilə qalib gəldiyi matçın 90-cı dəqiqəsində meydana daxil olub.
O, bu oyunda vurulan yeganə qolun müəllifi Alan Dzaqoyevi əvəzləyib. Bununla da, Səmədovun Azərbaycan millisində oynamayacağı tam olaraq rəsmiləşib.
