8 oktyabr 2011 14:53
Rıdvan Dilmən canlı yayımı tərk etdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilən Türkiyə - Almaniya matçının son anlarında maraqlı hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, Türkiyənin 1:3 hesabı ilə məğlub olduğu oyunu şərh edən Rıdvan Dilmən matçın son anlarında dayana bilməyərək canlı yayımı tərk edib.
Buna Türkiyənin Almaniya qarşısında olduqca bərbad oyun sərgiləməsi səbəb olub. Oyunu sonadək izləyə bilməyən Rıdvan oyunu şərh edən digər həmkarı Ercan Tanerə "üzr istəyirəm, amma qulaqcığı çıxarıram" - deyərək canlı yayımdan ayrılıb.
