8 oktyabr 2011 03:09
Mark Yanko: Bakıda bu istəyimizə çatdıq
Futbol üzrə Avstriya yığma komandasının kapitanı Mark Yanko AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamız üzərindəki 4:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Biz çox gözəl oyun keçirdik. Hamıya göstərdik ki, oynaya bilirik. Sadəcə, istəyirdik ki, oyunu rəqibin qapısı qarşısında keçirək. Bu istəyimizə də çatdıq və nəticədə qələbə qazandıq”.
