8 oktyabr 2011 15:07

Millət vəkilindən Azərbaycan millisinə etiraz

“Futboldakı məğlubiyyətlərin günahı heç də AFFA-da deyil. Azərbaycan futbolçuları biraz pullaşan kimi qaçıb özlərinə bahalı maşın alırlar, dəbdəbəli həyat sürürlər. Ancaq peşəkar idmançı yalnız karyerasını bitirəndən sonra belə şeylər haqqında düşünməlidir. Axşam vurduğumuz yeganə qolu da “Qarabağ”ın komandada olan futbolçuları sayəsində qazandıq. Dünənki oyun haqqında yalnız bir sözü demək olar. Ölüm bundan yaxşı idi”.
 
Azerisport.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Adil Əliyev dünən baş tutan Avstriya - Azərbaycan oyununun nəticələrini şərh edərkən bildirib. Millət vəkili dünən bizə üçqat zərbə dəydiyini deyib. Onun sözlərinə görə, birinci zərbə Azərbaycan millisinin biabırçı məğlubiyyəti, ikinci zərbə Türkiyənin uduzması, üçüncü zərbə isə Ermənistanın millisinin qələbə qazanaraq pley-offa yaxınlaşması olub.
 
A.Əliyev Azərbaycanın futbolda böyük uğur qaza bilməməsinin bir neçə səbəbini də açıqlayıb: “Bu oyundan sonra baş məşqçi məsələsi yenidən gündəmə gələcək. Ancaq Foqts yox, Azərbaycan yığmasına sehrbaz da baş məşqçi gətirilsə mümkün deyil. Baş məşqçinin kimlyi və hansı millətdən olmasının önəmi yoxdur. Bizdə məğlubiyyətin bir neçə özəl səbəbi var. İlk növbədə işləməyə gələn baş məşqçi federasiyanın köləsinə çevrilməməlidir. Bu şəxsin federasiya qarşısında tələbləri, standartları olmalıdır. Həmin tələblərin yerinə yetirilməsinə nail olmalıdır. Yoxsa, gəlib kiminsə tapşırığı və ya sifarişi ilə oyuna futbolçu buraxacaqsa, onda heç nə qazana bilməyəcək. Düşünürəm ki, qısaca bir neçə cümlə ilə ifadə etdiyim səbəblər haqqında ciddi düşünməyə dəyər. Biz nə istəyirik? Əlbəttə ki, uğur. Bu qədər şəraitin, imkanın qarşısında niyə dünya arenasına çıxmamalıyıq? Yəni sadaladığım bu bir iki ciddi səbəbi aradan qaldırmaq o qədərmi çətin işdir? Hər kəs addım atanda Azərbaycanın adını, onun güclənməsini düşünsə heç vaxt belə axmaq situasiyalara düşmərik. Pley-offa düşməyə yaxınlaşan Ermənistanın heç nəyi yoxdur, amma qələbə qazandılar. Bir şeyi ki, biz edə bilərik, bu bizim əlimizdədir, niyə məsəlin düyünə salmalıyıq axı? Yenə də deyirəm ki, baş məşqçinin kim olacağından asılı olmayaraq ona işləmək üçün şərait yaradılmalıdır, heç bir maneə törədilməməlidir. Bunu etsinlər, uğuru da görəcəklər...”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.