8 oktyabr 2011 03:12
"Azərbaycanı mütləq məğlub etməliyik"
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində öz meydanında Almaniyaya 1:3 hesabı ilə məğlub olan Türkiyə yığma komandasının yarımmüdafiəçisi Həmid Altıntop millimizlə oyun haqda danışıb. Azerisport.az xəbər verir ki, o, "NTV Spor"a müsahibəsində Azərbaycana mütləq qalib gəlməyin vacibliyini önə çəkib:
"Təəssüf ki, Almaniyaya məğlub olduq. Ancaq qarşıda Azərbaycanla oyunumuz var. Şansımız hələ də qalır. Ona görə də Azərbaycanı mütləq məğlub etməliyik. Ümid edirəm ki, Almaniya yığması da qələbə seriyasını davam etdirərək, Belçikaya da qalib gələcək".
