8 oktyabr 2011 03:13
Kəpəzlə Turan yoxlama matçı keçirəcək
“Kəpəz” futbol üzrə Azərbaycan çempionatında yaranmış fasilədən maksimum yararlanmağa çalışır. Azerisport.az xəbər verir ki, Gəncə klubu mövcud çatışmazlıqları aşkarlamaq və aradan qaldırmaq üçün yoxlama matçı keçirməyi qərara alıb.
Bu barədə komandanın baş məşqçisi Mehman Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, artıq bunun üçün rəqib də tapıblar:
“Biz artıq “Turan”la yoxlama matçı keçirməklə bağlı razılığa da gəlmişik. Oyun Şəmkirdə keçiriləcək”.
“Biz artıq “Turan”la yoxlama matçı keçirməklə bağlı razılığa da gəlmişik. Oyun Şəmkirdə keçiriləcək”.
