8 oktyabr 2011 03:21
İvanşiç: Bu, Avstriya üçün çox yaxşı bir gecə idi
Futbol üzrə Avstriya yığma komandasının yarımmüdafiəçisi Andreas İvanşiç AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamız üzərindəki 4:1 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bu, bütün komanda üçün çox gözəl bir gecə idi. Biz sakit və inamlı oynamağı bacardıq. Məşqçilərimiz qısa vaxt ərzində inkişafa nail oldular”.
