8 oktyabr 2011 15:31
İsgəndər Cavadov: Vaqif millidən imtina etməməlidi
Azərbaycanın futbol veteranı İsgəndər Cavadov yığmamızın ötən gün keçirilən Avstriya ilə seçmə oyunu və Vaqif Cavadovun millidən imtinası barədə fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Avstriya ilə oyunumuz çox pis alındı. Mən yığmamızdan belə oyun gözləmirdim. Biz başa düşməliyik ki, Qazaxıstan üzərindəki qələbə ilə xüsusi nəsə etməmişdik. Belçikadan aldığımız xal da rəqibin bizi qiymətləndirməməsindən irəli gələn bir təsadüf idi. Avstriya ilə oyunda isə milli üzvləri sadəcə meydanda vaxt keçirirdilər.

Vaqif Cavadovun yığmadan imtinasına gəlincə, mən onun niyə belə addım atdığını bilmirəm. Bu, onun qərarıdı, şərh edə bilmərəm. Amma bu, onun ölkəsinin yığmasıdı və Vaqif də orda oynamağa borcludu. Millidən imtina etmək olmaz. Yəqin ki, buna nəsə əsası olub”.