8 oktyabr 2011 16:01
Neftçi paytaxt derbisinə mərkəzi arenada hazırlaşır
"Neftçi" "İnter"lə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün səhər saatlarında Tofiq Bəhramov adına Respublika stadionunda məşq ediblər.
Flaqmanın texniki-taktiki hazırlığa həsr olunacaq məşqi də mərkəzi arenada baş tutacaq. Hazırlıq prosesi saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Premyer Liqanın 9-cu turuna təsadüf edən "Neftçi" - "İnter" matçı oktyabrın 16-da keçiriləcək.
