8 oktyabr 2011 18:27
Türkiyə millisində şok itki
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də yığmamızla qarşılaşacaq Türkiyə milli komandası ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın əsas qapıçısı Volkan Dəmirəl zədə səbəbindən millimizə qarşı forma geyinə bilməyəcək.
Sol baldırında ağrı hiss edən Volkan komandanın bu günkü məşqinə də qatılmayıb. Tibbi müayinədən keçən qapıçının millimizlə oyuna qədər sağalması imkansız görünür. Bu üzdən də Volkan heyətdən çıxarılıb.
Belə olan təqdirdə isə Türkiyə millisinin baş məşqçisi Quus Hiddink millimizlə oyun üçün 3 qapıçı - Sinan Bolat, Hakan Arıkan və Mert Günok arasında seçim etməli olacaq.
