8 oktyabr 2011 20:18
Türkiyə - Azərbaycan matçı öncəsi jurnalistlər arasında da oyun olacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də “Türk Telekom Arena”da keçiriləcək Türkiyə – Azərbaycan oyunundan bir qədər əvvəl daha bir qarşılaşma təşkil olunacaq. Azerisport.az xəbər verir ki, AFFA-nın dəstəyi ilə Türkiyə İdman Yazarları Dərnəyinin meydançasında Türkiyə və Azərbaycanın mətbuat nümayəndələri arasında yoldaşlıq oyunu keçiriləcək.
Yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd hər iki ölkənin jurnalistləri arasında qarşılıqı əməkdaşlığın möhkəmləndirilməsidi.
