8 oktyabr 2011 11:29
Rəşad Sadıqov: Matç mərkəzi arenada olsaydı...
Futbol üzrə yığma komandamızın kapitanı Rəşad Sadıqov AÇ-2012-nin ötən gün keçirilən Avstriya ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyərdiz?
- Gördüyünüz kimi, hər şey bizim istəmədiyimiz şəkildə alındı. 10 nəfərlə qaldıqdan sonra öz oyununu oynamaq çox çətin idi. Rəqib buna qətiyyən imkan vermədi.
- Gördüyünüz kimi, hər şey bizim istəmədiyimiz şəkildə alındı. 10 nəfərlə qaldıqdan sonra öz oyununu oynamaq çox çətin idi. Rəqib buna qətiyyən imkan vermədi.
- Saşa Yunisoğluna qırmızı vərəqə göstərilməsini nəzərə almasaq, yığmamızın bu oyunda uğurlu çıxış etməsi üçün nə çatışmadı?
- Qırmızı vərəqəyə kimi biz müdafiədə ağıllı oynayırdıq. Ümumiyyətlə, rəqibi çox yaxşı öyrənmişdik. Bilirdik ki, onlar necə oynayacaqlar. Güclü və zəif tərəflərini bilirdik. Amma iki qol buraxandan sonra artıq hər şey aydın idi.
- Mümkündü ki, meydana 6 müdafiəçi ilə çıxmağımız sürətdə avstriyalılara məğlub olmağımıza gətirib çıxardı?
- Biz Rahid Əmirquliyevin meydana çıxmasından sonra müdafiəyə oturduq. Ondan sonra əks-hücumda oynamağa başladıq. Bir-iki qol epizodumuz da oldu. Amma alınmadı...
- Bu, “Dalğa Arena”dakı ikinci oyunumuz idi, hər ikisi də məğlubiyyətlə bitdi. Bəlkə, meydan “bizim deyil”?
- Mümkündü ki, bu, kimlərəsə gülməli görünə bilər, amma bu oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsəydi, hər şey başqa cür olacaqdı. Məlum olduğu kimi, mərkəzi arenanın qazonu o qədər də yaxşı vəziyyətdə deyil. Bu da rəqiblərimizdən daha çox bizim işimizə yarayır. Odu ki, orda oynasaydıq, avstriyalılar bizi yenə bilməzdilər.
- Yəni düz süni qazon bizim əleyhimizə işlədi?
- Rəqib özünü burda çox rahat hiss edirdi. Onlar top itirmirdilər, istədiklərini edirdilər. Amma mərkəzi arenada onları bunu rahatlıqla edə bilməzdilər. Biz burda 70-80 faiz topsuz oynamalı olduq.
- Rəqib özünü burda çox rahat hiss edirdi. Onlar top itirmirdilər, istədiklərini edirdilər. Amma mərkəzi arenada onları bunu rahatlıqla edə bilməzdilər. Biz burda 70-80 faiz topsuz oynamalı olduq.
- Türkiyə ilə səfər oyunu öncəsi kifayət qədər uğursuz nəticədi...
- Əlbəttə. Orda da bizə çətin olacaq. Amma bu məğlubiyyəti unutmaq lazımdı. Düzdü, səfərdə belə məğlubiyyətlərimiz olurdu. Amma evdə yadım gəlmir. Özümüzə gəlməli və Türkiyə ilə oyuna hazırlaşmalıyıq.
- Paralel oyunda bizə düşmən ölkə də Makedoniya üzərində 4:1 hesablı qələbəyə sevindi, hansı ki, biz onlara evdə az öncə 0:1 hesabıyla uduzmuşduq. Bu, futbolçulara təsir edirmi, əlavə stimul verirmi?
- Əlbəttə, təsir edir. Axı bu ölkə müharibə şəraitində yaşayırıq. Amma nə deyə bilərəm? Sadəcə, bizdə heç nə alınmır...
